"Formula-1" yarışlarında həmişə podiumda olmaq xoşdur".
İdman.biz "Report"a istinadən xəbər verir ki, bunu "Formula-1" üzrə dünya çempionatında çıxış edən "Aston Martin" komandasının pilotu Lens Stroll deyib.
Bakıdakı yarışdan əvvəl mətbuat konfransına qatılan təcrübəli sürücü bildirib ki üç gün ərzində çox hərəkətlilik olur:
"Mən bir neçə il əvvəlki formatı bəyənirdim. "Formula-1"də daha çox sprint yarışı görmək istərdim".
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında keçiriləcək.
İdman.biz