Dörd yarışdan sonra Azərbaycan Qran-prisi olacaq

Xəbərlər
9 İyul 2025 18:00
38
Dörd yarışdan sonra Azərbaycan Qran-prisi olacaq

Formula 1-in Avropa mərhələləri davam edir, Azərbaycan Qran-prisi yaxınlaşır.

İdman.biz xəbər verir ki, Silverstoundakı "British Grand Prix"dən sonra dünya çempionatının iştirakçıları yenidən Belçikaya yollanır.

İyulun 25-27-də Spada “Kral yarışları”nın növbəti mərhələsi keçiriləcək.

Azərbaycan Qran-prisinədək (19-21 sentyabr) Formula 1-də Belçika, Macarıstan, Hollandiya və İtaliyada olmaqla daha dörd yarış keçiriləcək.

Qeyd edək ki, hazırda çempionatın lideri ötən il Bakıda qalib gələn "McLaren" pilotu Oskar Piastridir.

İdman.biz