Piastri İspaniya Qran-prisinə ilk pillədən start verəcək

Xəbərlər
31 May 2025 19:48
42
Piastri İspaniya Qran-prisinə ilk pillədən start verəcək

Formula-1 üzrə dünya çempionatında İspaniya Qran-prisinin təsnifat mərhələsi yekunlaşıb.

İdman.biz xəbər verir ki, "Maklaren" pilotu Oskar Piastri ilk pilləni tutub.

Avstraliyalı sürücü sabah keçiriləcək əsas yarışa lider mövqeyindən start götürəcək. Sıralamada növbəti yerlərdə Piastrinin komanda yoldaşı Lando Norris və son 4 mövsümün qalibi Maks Ferstappen ("Red Bull") qərarlaşıblar.

Qeyd edək ki, Piastri 161 xalla sürücülər yarışına başçılıq edir. O, Norrisi 3, Ferstappeni 25 xal qabaqlayır.

İdman.biz