Antonelli artıq Bakını düşünür: “Sürəti azaltmaq fikrim yoxdur”

14 Sentyabr 2026 17:58
111
Antonelli artıq Bakını düşünür: “Sürəti azaltmaq fikrim yoxdur”

“Formula-1”in lideri Kimi Antonelli İspaniya Qran-prisində mövsümdə səkkizinci qələbəsini qazanıb. İtaliyalı pilot qarşıdakı mərhələlərdə, o cümlədən sentyabrın 24-26-da Bakıda keçiriləcək yarışda da maksimum nəticə üçün mübarizə aparacağını bildirib.

İdman.Biz xəbər verir ki, “Mercedes”in italiyalı pilotu Madriddən sonra keçiriləcək mərhələlərdə də mübarizədən zövq almaq niyyətindədir.

“Bu mövsümə gəlincə, sürəti azaltmaq fikrim yoxdur. Qalan yarışların hər birində hücum etməyə, yüksək nəticələr qazanmağa və bundan zövq almağa davam etmək niyyətindəyəm. Hər Qran-pridə özümü 100 faiz ortaya qoymağa çalışacağam. İlin sonunda isə görəcəyik ki, nəyə nail ola bilmişik”, - deyə Antonelli bildirib.

Qeyd edək ki, 2026-cı il “Formula-1” Azərbaycan Qran-Prisi sentyabrın 24-dən 26-dək Bakı Şəhər Halqasında keçiriləcək.

İdman.Biz