Lekler Azərbaycan Qran-prisində cəza ala bilər

15 Sentyabr 2026 00:14
69
Lekler Azərbaycan Qran-prisində cəza ala bilər

"Ferrari"nin pilotu Şarl Lekler əlavə güc qurğusunun quraşdırılması səbəbindən "Formula-1"-in Azərbaycan Qran-prisində cəza ala bilər.

İdman.Biz xəbər verir ki, İtaliya komandası monakolu sürücünün İtaliya Qran-prisindəki qəzasından sonra mühərrikin dəyişdirilməsi imkanını nəzərdən keçirir.

Monzada Lekler "ADUO 2" güc qurğusundan istifadə edib, lakin qəzadan sonra "Ferrari" aqreqatın əlavə yoxlanışını keçirmək qərarına gəlib. Bu səbəbdən Madriddəki növbəti mərhələdə pilot daha əvvəlki "ADUO 1" spesifikasiyası ilə çıxış edib.

İstisna edilmir ki, yeni güc qurğusu məhz Bakıda quraşdırılacaq. Bu isə start düzülüşündə cəza ilə nəticələnəcək. Azərbaycanın paytaxtındakı şəhər trasının uzun düzlüklərə malik konfiqurasiyası və ötmə imkanları "Ferrari"yə bu mərhələni belə bir sanksiyanın tətbiqi üçün ən uyğun olanlardan biri kimi nəzərdən keçirməyə imkan verir.

"Görəcəyik ki, Şarl üçün mühərrikin dəyişdirilməsinə görə nə vaxt cəza alacağımızı, amma düşünürəm ki, Bakı bizə kifayət qədər uyğun olmalıdır", – deyə "Ferrari"nin rəhbəri Frederik Vasser "Canal+" kanalına müsahibəsində bildirib.

Bununla belə, o, qərarın artıq qəti olaraq qəbul edildiyini təsdiqləməyib.

"Mən yalnız onu dedim ki, müəyyən məqamda cəza almalı olacağıq", – deyə Vasser əlavə edib.

Beləliklə, Leklerin güc qurğusunun dəyişdirilməsi və mümkün cəza məsələsi Azərbaycan Qran-prisi öncəsi həllini tapa bilər.

İdman.Biz