İspaniya Qran-prisi mövsümün ən az ötüşmə qeydə alınan yarışı olub

15 Sentyabr 2026 08:21
69
İspaniya Qran-prisi mövsümün ən az ötüşmə qeydə alınan yarışı olub

Madriddə keçirilən "Formula - 1" İspaniya Qran-prisi mövsümün ötüşmələrin sayına görə ən pis mərhələsi olub.

İdman.Biz "The Race"ə istinadən xəbər verir ki, pilotlar bütün yarış ərzində cəmi dörd ötüşmə həyata keçiriblər.

Müqayisə üçün qeyd edək ki, dar və ötüşmək üçün ənənəvi olaraq çətin hesab edilən Monako trasında belə 10 ötüşmə qeydə alınmışdı.

"Formula - 1" təqvimində debüt edən "Madring" ziddiyyətli rəylərlə qarşılaşıb. Bildirilir ki, trasın layihələndirilməsi zamanı əsas diqqət yarış zamanı mübarizə imkanlarına deyil, pilotların sürətli dövrədəki təəssüratlarına yönəldilib.

Xüsusilə, trasda pilotların rəqiblərini tam şəkildə qabaqlamasına şərait yaradan düzxətli əyləc zonaları kifayət qədər deyil.

Virtual Təhlükəsizlik Maşını (VSC) da Qran-prinin gedişatına təsir göstərib. Belə ki, yarışa liderlik edən Lando Norris Lens Strollun qəzaya uğramasından sonra VSC rejiminin tətbiqi səbəbindən sahib olduğu üstünlüyü itirib.

İdman.Biz