“Maklaren”dən pit-stop rekordu

Xəbərlər
9 Oktyabr 2023 20:47
135
“Maklaren”dən pit-stop rekordu

“Maklaren” Qətər Qran-Prisində Formula-1 tarixinə düşüb.

İdman.biz saytı xəbər verir ki, komanda ən sürətli pit-stopu həyata keçirib.

“Maklaren”in mexanikləri Lando Norrisin avtomobilini 1,8 saniyəyə xidmət göstəriblər. Bundan əvvəlki rekord 2019-cu ildə Braziliya Qran-Prisində qeydə alınmışdı. “Red Bull”un pilotu Maks Ferstappen üçün pit-stopda cəmi 1,82 saniyə tələb olunmuşdu.

İdman.biz