Bakıda baş verən qəzalar zamanı pilotlar xəsarət alıbmı? - VİDEO

Xəbərlər
16 Sentyabr 2024 13:10
1 419
Bakıda baş verən qəzalar zamanı pilotlar xəsarət alıbmı? - VİDEO

Azərbaycan Qran-prisi zamanı qəzalar baş versə də, pilotlardan heç biri xəsarət almayıb.

İdman.biz xəbər verir ki, yarışın bitməsinə iki dövrə qalmış "Red Bull"dan Serxio Pereslə "Ferrari"dən Karlos Saynsın ciddi toqquşması olub.

Meksikalı hadisəni belə şərh edib: “Fikrimcə, Karlos Şarl Leklerkin maşınına çataraq çox sürətlə hərəkət etdi. Bunu gözləmirdim. Sadəcə olaraq səhv zamanda, səhv yerdə oldum və nəticədə böyük zərbə oldu. Ən məyusedicisi odur ki, biz maşınlar arasında bir metr məsafə ilə ikinci döngədən çıxdıq, amma bir neçə metr sonra toqquşduq. Karlos bu vəziyyətdə olmaq istədiyim son şəxsdir. Təəssüf ki, ikimiz üçün də həftəsonu məyusedici oldu”.

Sayns isə qəzada heç kimin xəsarət almamasının vacibliyini qeyd edib: “Bu, çox məyusedicidir, amma əsas odur ki, ikimiz də yaxşıyıq. Təbii ki, kefimiz pozulub. Mən adi yarış xəttində qaldım və əvvəllər hər dövrədə etdiyim kimi qeyri-adi heç nə etmədim, ona görə də avtomobilimin arxa təkərinə toxunacağını gözləmirdim. Yarış belədir, amma bu gün çox xal itirdik”.

İdman.biz

Məqalədə: