"Böyük səbirsizliklə Bakıdakı Qran-prini gözləyirəm".
İdman.biz xəbər verir ki, bunu "Maklaren"in sürücüsü Oskar Piastri deyib.
Avstraliyalı pilot bildirib ki, Azərbaycan Qran-prisində komandasının uğurlu çıxış edəcəyinə ümid edir: "Bir neçə aydır şəhər trasından uzaq qalmışdıq. Bakıdakı yarışlar həmişə maraqlı alınır. Bizim avtomobil yaxşı işləyir, yeniliklər özünü doğruldub. Biz müxtəlif traslarda rəqabətə davam gətirə bilirik. Son yarışdan sonra mühəndislərlə daha yüksək nəticə qazanmaq üçün nə lazım olduğunu təhlil etmişik. Həftə sonunda çoxlu xal qazanacağımıza ümidliyəm".
Qeyd edək ki, Piastri karyerasında ilk qələbəsini bu il Macarıstan Qran-Prisində əldə edib.
İdman.biz