2027-ci ildə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb - FOTO

16 Sentyabr 2026 13:15
92
2027-ci ildə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb - FOTO

“Formula-1” və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək “Formula-1” üzrə Dünya Çempionatının təqvimini açıqlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Qran-prisi 24-26 sentyabr tarixlərində baş tutacaq.

2027-ci il mövsümü martın 12-14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10-12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.

Çempionat 22 ölkədə keçirilərək 24 mərhələdən ibarət olacaq. 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq. Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24–27-də Bəhreyndəki “Sahir” trasında baş tutacaq.

“Formula-1”in prezidenti və baş icraçı direktoru Stefano Domenikali turnir haqqında fikirlərini bölüşüb:

“2027-ci il təqvimi dünyanın ən məşhur traslarından və ən dinamik şəhərlərindən bəzilərini bir araya gətirərək “Formula-1”in daha bir unudulmaz mövsümü üçün möhtəşəm səhnə yaradır. Portuqaliya və Türkiyənin çempionata qayıtmasından, eləcə də sprint yarışlarının sayının 10-a çatdırılmasından məmnunuq. Bu, azarkeşlərə “Formula-1”i bu qədər xüsusi edən daha gərgin mübarizə, dramatik anlar və təkər-təkərə duellər vəd edir".

İdman.Biz