Ferstappen “Çin səddi”ni 1-ci aşıb

Xəbərlər
21 Aprel 2024 13:41
273
Ferstappen “Çin səddi”ni 1-ci aşıb

Formula-1 üzrə dünya çempionatında Çin Qran-Prisinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Şanxayda avtodromunda Maks Ferstappen finiş xəttini birinci keçib.

“Red Bull” pilotu 5-ci yarışda 4-cü dəfə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Niderlandlı sürücü “Maklaren”dən Lando Norris və komanda yoldaşı Serxio Peres qabaqlayıb.
Bu qələbədən sonra Ferstappen 110 xalla sürücülər yarışına başçılıq edir. Serxio Peresin 85, Şarl Leklerin 76 xalı var.

Qeyd edək ki, dünya çempionatının növbəti mərhələsi mayən 5-də Mayamidə baş tutacaq.

Formula-1. Çin Qran-prisi
1. Maks Ferstappen (“Red Bull”) — 56 dövrə.
2. Lando Norris (“Maklaren”) +13.757
3. Serxio Peres (“Red Bull”) +18.483
4. Şarl Lekler (“Ferrari”) +23.127
5. Karlos Sayns (“Ferrari”) +33.545
6. Corc Rassell (“Mersedes”) +37.670
7. Fernando Alonos (“Aston Martin”) +43.414
8. Oskar Piastri (“Maklaren”) +53.896
9. Lyuis Hemilton (“Mersedes”) +55.139
10. Niko Hulkenberq (“Haas”) +57.644

İdman.biz