Alonso yaya kimi seçimini edəcək

Xəbərlər
31 Mart 2024 15:57
Alonso yaya kimi seçimini edəcək

“Formula-1” pilotu Fernando Alonso yaya kimi gələcəyi ilə bağlı qərar verəcək.

İdman.biz xəbər verir ki, ispaniyalı sürücünün “Aston Villa”nı tərk edəcəyi gözlənilir.

Alonso seçimin özündən asılı olduğunu bildirib. “Red Bull”a keçəcəyi proqnzlaşdırılan pilot bunları deyib: “Hərdən karyeramla bağlı yaxşı variantlar etmişəm, hərdən ağrılı seçimlərim olub. Komandadan getməyə və qoşulmağa həmişə özüm qərar vermişəm. İndi növbəti ildə nə ilə məşğul olacağımla bağlı seçimi özüm edəcəyəm. Başqa insanların qərarıma təsir etməsinə imkan verməyəcəm. Çox gözləmək lazım deyil, ola bilsin, yay kimi fikrimi qətiləşdirəcəm”.

Qeyd edək ki, Alonso ikiqat dünya çempionudur.

İdman.biz