Bu il “Formula-1” könüllülük proqramına 49 min nəfər müraciət edib

25 Sentyabr 2026 11:52
69
Bu il “Formula-1” könüllülük proqramına 49 min nəfər müraciət edib

“Bakı Şəhər Halqasında (BŞH) “Formula-1” könüllülük proqramına maraq ildən-ilə artır. Bu il proqrama son 10 ildə ən çox - 49 min nəfər müraciət edib”.

Bu sözləri BŞH Əməliyyat Şirkətinin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova deyib.

O bildirib ki, müraciət edən hər bir namizəd qurum üçün dəyərlidir.

“Lakin müraciətlərin çoxluğu səbəbindən ciddi seçim prosesi aparılıb və ən güclü namizədlər arasından könüllülər seçilib. “Formula-1” könüllüləri Bakı Şəhər Halqasının əsas işçi qüvvələrindən biridir. Onlar media, idman əməliyyatları və digər xidmət istiqamətləri üzrə komandamıza dəstək göstərirlər. Könüllülərin hazırlıq mərhələsinə də xüsusi diqqət yetirilir. Onlar intensiv təlim proqramından keçirlər. Əminik ki, könüllülər “Formula-1” Azərbaycan Qran-prisinin son gününə qədər üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirəcəklər”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

İdman.Biz