Bakıda “Formula-1” Qran-prisi çərçivəsində klassik avtomobillər sərgilənir - FOTO

25 Sentyabr 2026 11:01
103
Bakıda “Formula-1” Qran-prisi çərçivəsində klassik avtomobillər sərgilənir - FOTO

Bakının sayca 10-cu dəfə ev sahibliyi etdiyi “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi keçirilir.

İdman.Biz xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə keçirilən sərgidə ziyarətçilər “Formula-1”in fan zonasında retro avtomobillərlə tanış ola bilərlər.

Sərgi avtomobil tarixinin müxtəlif dövrlərini nümayiş etdirərək Qran-prisinin sürət və həyəcan dolu ab-havasını tamamlayır.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

İdman.Biz