“Formula-1” üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
İdman.Biz xəbər verir ki, üç mərhələnin yekununda ən yaxşı nəticəni “Mersedes” pilotu Corc Rassell göstərib. Britaniyalı sürücü poul (“Formula 1”də yarışa birinci start mövqeyindən başlamaq hüququ) mövqeyinin sahibi olub.
“Ferrari”dən Şarl Lekler ikinci, “Maklaren” pilotu Oskar Piastri isə üçüncü yeri tutub. Beləliklə, Rassell və Lekler əsas yarışa birinci sıradan başlayacaqlar.
Çempionatın lideri, Rassellin “Mersedes”dəki komanda yoldaşı Kimi Antonelli üçün sıralama turu uğursuz alınıb. İtaliyalı pilot Q1-də divara toxunaraq bolidinin ön sol hissəsini zədələyib və mübarizəni erkən başa vurub. O, yarışa 16-cı mövqedən başlayacaq.
Lyuis Hemilton sıralama turunu altıncı, “Red Bull” pilotu Maks Ferstappen isə səkkizinci yerdə tamamlayıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışı sentyabrın 26-da keçiriləcək.
16:53
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunun ikinci mərhələsi başa çatıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan Qran-prisinin sıralama turu “Mercedes”in pilotu Kimi Antonelli üçün uğursuz başa çatıb.
20 yaşlı italiyalı pilot birinci döngənin daxili hissəsində divara çırpılıb. Zərbə nəticəsində bolidin sol ön təkəri dərhal deşilib və avtomobilin ön hissəsi ciddi zədələnib.
Komandanın yarış mühəndisi Piter Bonninqton Antonelliyə bolidi trasın kənarında saxlamağı tapşırıb. Pilot əvvəlcə avtomobili boksa qaytara biləcəyini soruşsa da, mühəndis zədələrin böyük olduğunu və təmirin uzun çəkəcəyini bildirib.
Antonellinin birinci sessiyada göstərdiyi nəticə Q2-yə yüksəlmək üçün kifayət edib. Lakin qəza səbəbindən növbəti sessiyada iştirak edə bilməyib və yarışa böyük ehtimalla 16-cı yerdən başlayacaq.
Azərbaycan Qran-prisinin sıralama turunun ikinci mərhələsində Arvid Lindblad, Esteban Okon, Aleksandr Albon, Liam Louson və Oliver Bermand da mübarizəni dayandırıblar.
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-da baş tutacaq.
16:50
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunun birinci mərhələsi başa çatıb.
İdman.Biz xəbər verir ki, ilkin nəticələrə əsasən, altı sürücü mübarizəni dayandırıb.
Bunlar Valtteri Bottas, Lens Stroll, Serxio Peres, Fernando Alonso, Niko Hülkenberq, Qabriel Bortoletodur.
Hazırda sıralama turunun ikinci mərhələsi keçirilir.
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-da baş tutacaq.
16:10
“Formula-1” üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.
İdman.Biz xəbər verir ki, mübarizəyə saat 16:05-də start verilib.
Bu gün üçüncü sərbəst yürüşdə “Red Bull”dan Maks Ferstappen ən yaxşı nəticəni göstərib.
Ötən gün “Mersedes” pilotu Corc Rassell ilk və ikinci sınaq yürüşündə birinci olub.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
15:23
“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşün göstəriciləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, Maks Ferstappen “Formula-1” Azərbaycan Qran-Prisinin üçüncü və son sərbəst yürüşündə ən yaxşı nəticəni göstərib. “Red Bull Racing” pilotu Bakı Şəhər Halqasında sessiyanı 1:43.922 nəticə ilə başa vuraraq sıralanma turu öncəsi ən sürətli pilot olub.
“Mercedes” pilotu Corc Rassel 1:44.021 nəticə ilə ikinci, “Ferrari” pilotu Lyuis Hemilton isə 1:44.033 nəticə ilə üçüncü olub. Hemiltonun komanda yoldaşı Şarl Lekler və “Alpine” pilotu Pyer Qasli ilk beşliyi tamamlayıblar.
Qeyd edək ki, birinci və ikinci sərbəst yürüşlərdə ən yaxşı nəticəni Corc Rassel göstərmişdi.
Bu dəfəki yürüş də insidentlə yadda qaldı. “Aston Martin” pilotu Lens Stroll birinci döngədə baryerə toxunduqdan sonra bolidini saxlamaq məcburiyyətində qalıb.
Bununla da pilotlar sıralanma turundan öncə keçirilən üç sərbəst yürüşü geridə buraxdılar. Bu gün saat 16:00 da isə sıralanma turu keçiriləcək.
Azərbaycan Qran Prisi isə 26 sentyabrda Bakı Şəhər Halqasında baş tutacaq.
13:41
“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.
İdman.Biz xəbər verir ki, bu dəfə “Red Bull”dan Maks Ferstappen ən yaxşı nəticəni göstərib.
“Mersedes” pilotu Corc Rassell ikinci, “Ferrari”dən Lüis Hemilton üçüncü yeri tutub.
Bu gün saat 16:00-da əsas pilotların sıralama turu da gerçəkləşəcək.
Ötən gün “Mersedes” pilotu Corc Rassell birinci və ikinci sınaq yürüşündə ən yaxşı nəticəni göstərib.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
13:38
“Formula-1” üzrə Azərbaycan Qran-prisində maraqlı hal yaşanıb.
İdman.Biz xəbər verir ki, üçüncü sərbəst yürüşdə trasa ağac budağı düşüb.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
13:15
“Formula-1” üzrə Azərbaycan Qran-prisində qəza baş verib.
İdman.Biz xəbər verir ki, hadisə üçüncü sərbəst yürüşdə qeydə alınıb.
“Aston Martin”in sürücüsü Lens Stroll uğursuzluqla üzləşib. Onun idarə etdiyi bolid baryerə dəyib.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
12:34
“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşə start verilib.
İdman.Biz xəbər verir ki, Bakı Şəhər Halqasında keçirilən sessiya saat 12:30-da başlayıb.
Bu gün əsas pilotların sıralama turu da keçiriləcək.
Qeyd edək ki, ötən gün “Mersedes” pilotu Corc Rassell hər iki sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib. Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
09:09
Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində bu gün ikinci yarış gününə start veriləcək.
İdman.Biz xəbər verir ki, günün proqramında “Formula-1” üzrə üçüncü sərbəst yürüş və sıralama turu yer alıb.
Azərbaycan Qran-prisində ikinci günün proqramı – 25 sentyabr:
12:30 - “Formula-1”: Üçüncü sərbəst yürüş
16:00 - “Formula-1”: Sıralama turu
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
Foto: İslam Atakişiyev
