“Formula-1” Azərbaycan Qran-prisinin 10-cu, yubiley yarışında autizmli gənclər üçün xüsusi Paddok turu təşkil olunub.
İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, sosial inklüzivlik təşəbbüsü çərçivəsində gənclər “Formula-1” yarış həftəsinin pərdəarxası ilə tanış olmaq və Paddokun atmosferini yaxından yaşamaq imkanı əldə ediblər.
Ziyarət zamanı gənclər “Formula-1” komandalarının fəaliyyət göstərdiyi ərazilərə baş çəkib, yarış həftəsinin hazırlıq prosesini izləyib və komandaların Qran-prinin əsas gününə hazırlıqlarını yerindəcə görüb.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
