“Ferrari” pilotu Şarl Lekler Azərbaycan Qran-prisinin sərbəst yürüşlərinin nəticələrini şərh edib.
İdman.Biz xəbər verir ki, pilot ilk sessiyanı üçüncü pillədə başa vurub.
“Sərbəst yürüşlərdə tempimiz bir qədər çatışmırdı. Buna görə də geriliyi azaltmaq üçün axşam böyük iş görməliyik. Topladığımız bütün məlumatları təhlil edəcəyik və yeni gündən əvvəl irəliyə doğru addım atmağa çalışacağıq. Ümid edirəm ki, cümə günü sıralanma turunda daha rəqabətədavamlı olacağıq. Xüsusilə də bu trasda bolid idarə etmək mənim çox xoşuma gəlir”, – “FormulaPassion” Leklerin sözlərini sitat gətirib.
Lekler bu avtodromda dörd dəfə poul-pozisiya qazansa da, Azərbaycan Qran-prisində hələ yarış qalibi olmayıb.
