Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-prisinin 10-cu - yubiley yarışında paytaxta gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.
İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb.
Bildirilib ki, bu, “Formula-1” yarışının Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir. Ötən il Azərbaycan Qran-prisini izləmək üçün paytaxta gələn xarici qonaqların sayı 14 min olub.
Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir. Bu il Azərbaycan Qran-prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.
Beləliklə, 10-cu Azərbaycan Qran-prisi rekord sayda xarici qonağı Bakıya gətirməklə yanaşı, dünyanın müxtəlif ölkələrindən azarkeşlərin diqqətini Azərbaycan paytaxtına yönəldib.
