Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq

24 Sentyabr 2026 17:04
87
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq

Bakıda “Formula-1” həyəcanı bu axşam fərqli ritmdə davam edəcək.

İdman.Biz xəbər verir ki, dünya şöhrətli şotlandiyalı DJ və prodüser Kelvin Harris bu gün Bakı Kristal Zalında çıxış edərək Azərbaycan Qran-prisinin 10-cu yubiley həftəsonuna musiqili proqramı ilə rəng qatacaq.

“We Found Love”, “Summer”, “One Kiss” və digər qlobal hitləri ilə tanınan Kelvin Harrisin çıxışı “Formula-1” Qatar Airways Azərbaycan Qran-prisinin əyləncə proqramının əsas tədbirlərindən biridir. Gün ərzində Bakı Şəhər Halqasında davam edən sərbəst yürüşlərdən sonra axşam saatlarında diqqət musiqiyə yönələcək.

Yubiley Qran-prisinin musiqi proqramı sabah da davam edəcək. 25 sentyabrda dünya şöhrətli pop ulduzu Keti Perri Bakı Kristal Zalının səhnəsində yer alacaq.

İdman.Biz