Lando Norris Niderland Qran-prisinin qalibi olub

23 Avqust 2026 19:11
100
Lando Norris Niderland Qran-prisinin qalibi olub

“Maklaren” pilotu Lando Norris “Formula-1” üzrə Niderland Qran-prisinin qalibi olub.

İdman.Biz xəbər verir ki, britaniyalı sürücü Zandvort trasında keçirilən yarışda finiş xəttini birinci keçib. Norris əsas yarışa poul mövqeyindən başlayıb.

Bu, son dünya çempionunun ardıcıl ikinci qələbəsidir. Norris bundan əvvəl Macarıstan Qran-prisində də bütün rəqiblərini qabaqlayaraq 2026 mövsümündə ilk qələbəsini qazanıb.

Niderland Qran-prisi Zandvort trasında keçirilən son “Formula-1” yarışı kimi də tarixə düşüb. Təşkilatçılar mərhələnin 2026-cı ildən sonra təqvimdən çıxacağını daha əvvəl açıqlamışdılar.

İdman.Biz
Məqalədə: