“Formula-1”in mövsümün iki yarışını ləğv edə bilər

22 Avqust 2026 09:54
99
“Formula-1”in mövsümün iki yarışını ləğv edə bilər

“Formula-1”in Qətər və Əbu-Dabidə keçirilməsi planlaşdırılan mövsümün son mərhələlərinin taleyi sentyabrın ortalarından sonra müəyyənləşəcək.

İdman.Biz xəbər verir ki, bunu “Formula-1”in baş direktoru Stefano Domenikali) açıqlayıb.

O bildirib ki, təşkilat Yaxın Şərqdəki vəziyyəti diqqətlə izləyir və digər avtoidman seriyaları ilə də əlaqə saxlayır.

“Bütün digər çempionatlarla təmasdayıq. Məsələn, WEC mövsümün sonunda Yaxın Şərqə getməyəcəyini və Avropada qalacağını açıqlayıb. Bizim mövqeyimiz vəziyyətin necə inkişaf etdiyini qiymətləndirmək və uyğun anda qərar qəbul etmək üçün özümüzə mümkün qədər çox vaxt verməkdir. Qərar təxminən sentyabrın ortalarından sonra veriləcək”, - Domenikali deyib.

Beləliklə, “Formula-1” mövsümünün Qətər və Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan son mərhələlərinin baş tutub-tutmayacağı hələlik qeyri-müəyyən olaraq qalır.

İdman.Biz