“McLaren”in pilotu Lando Norris “Formula-1” üzrə Niderland Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərib.
İdman.Biz xəbər verir ki, britaniyalı pilot dövrəni 1 dəqiqə 11,163 saniyəyə başa vuraraq poul mövqeyinə sahib çıxıb.
“Mercedes”in pilotu Corc Rassell liderdən 0,102 saniyə geri qalaraq ikinci, onun komanda yoldaşı Andrea Kimi Antonelli isə 0,133 saniyəlik fərqlə üçüncü olub.
Digər “McLaren” pilotu Oskar Piastri dördüncü, “Ferrari” sürücüləri Lüis Hemilton və Şarl Lekler müvafiq olaraq beşinci və altıncı yerləri tutublar. Maks Ferstappen isə sıralama turunu yeddinci pillədə başa vurub.
Formula 1. Niderland Qran-prisi. Sıralama turu
1. Lando Norris (“McLaren”) – 1:11.163
2. Corc Rassell (“Mercedes”) – +0.102
3. Andrea Kimi Antonelli (“Mercedes”) – +0.133
4. Oskar Piastri (“McLaren”) – +0.142
5. Lüis Hemilton (“Ferrari”) – +0.331
6. Şarl Lekler (“Ferrari”) – +0.395
7. Maks Ferstappen (“Red Bull”) – +0.455
8. Liam Louson (“Red Bull”) – +0.570
9. Qabriel Bortoleto (“Audi”) – +0.916
10. Arvid Lindblad (“Racing Bulls”) – +1.022
