Azərbaycan Qran-prisinə iki minə yaxın könüllü cəlb olunacaq - FOTO

20 Avqust 2026 11:43
107
Azərbaycan Qran-prisinə iki minə yaxın könüllü cəlb olunacaq - FOTO

Sentyabrda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin təşkilinə iki minə yaxın könüllünün cəlb olunması nəzərdə tutulub.

İdman.Biz xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları və işçi qüvvəsi departamentinin nümayəndəsi Arifə Əliyeva deyib.

O bildirib ki, apreldə elan olunan könüllülər proqramına cəmi üç gün ərzində 49 mindən çox müraciət daxil olub.

Arifə Əliyeva qeyd edib ki, 2016-cı ildən etibarən yarışların təşkilinə 20 mindən çox gənc könüllü kimi cəlb olunub. Onlardan 400-dən çoxu uğurlu nəticə göstərərək sonrakı illərdə tədbirin təşkilində işçi qüvvəsi kimi fəaliyyətini davam etdirib.

Qurum rəsmisi bu il dünyanın müxtəlif ölkələrindən 1550-yə yaxın beynəlxalq könüllünün onlayn müsahibə və təlim mərhələlərindən keçdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisinin 10 illiyi sentyabrın son həftəsində qeyd olunacaq. Yarış sentyabrın 24-26-da Bakıda keçiriləcək.

İdman.Biz