“Formula-1” Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində könüllülər üçün təlimlər davam edir.
İdman.Biz xəbər verir ki, bu gün media nümayəndələri könüllülərin təlim prosesini yaxından izləyiblər.
Təlim zamanı iştirakçılara yarışın təşkili, könüllülərin vəzifələri və qarşılaşa biləcəkləri situasiyalar barədə məlumat verilib.
Tədbirdə Azərbaycanda “Formula-1” Qran-prisinin keçirilməsinin 10 illiyi münasibətilə Bakı Şəhər Halqasının könüllülük proqramının ötən illər ərzində inkişafı və əldə olunan nəticələrdən də danışılıb.
Qeyd olunub ki, könüllülük proqramı gənclərə beynəlxalq səviyyəli idman tədbirində iştirak etməklə yanaşı, yeni bilik və bacarıqlar qazanmaq, müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qurmaq və peşəkar təcrübə əldə etmək imkanı yaradır.
Xatırladaq ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisinin 10 illiyi sentyabrın son həftəsində qeyd olunacaq. Yarış sentyabrın 24-26-da Bakıda keçiriləcək.
