“Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen “Red Bull” komandası ilə müqaviləsini uzadıb.
İdman.Biz xəbər verir ki, yeni sözləşməyə əsasən, niderlandlı pilot 2030-cu ilin sonunadək komandanın heyətində çıxış edəcək.
Ferstappen 2016-cı ildən “Red Bull”un pilotudur. Karyerası ərzində 4 dəfə “Formula-1” üzrə dünya çempionu titulunu qazanıb.
2026-cı il mövsümündə Ferstappen pilotların şəxsi hesabında 6-cı pillədə qərarlaşıb.
