Stefano Domenikali 2026-cı il mövsümündə Bəhreyn və ya Səudiyyə Ərəbistanı mərhələlərindən birinin yenidən təqvimə salına biləcəyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, “Formula-1”in prezidenti və baş icraçı direktoru Stefano Domenikali təşkilatçıların əlavə Qran-pri keçirmək imkanını hələ də nəzərdən keçirdiyini bildirib.
O, “Sky Sports”a açıqlamasında bunun real variant olduğunu deyib:
“Bu, həqiqətən də ümiddir. Əgər bütün şərtlər uyğun olarsa, planımıza uyğun hərəkət edəcəyik. Belə imkan yaranarsa, niyə də olmasın?”
Əlavə mərhələ 2-4 oktyabr tarixlərində keçirilə və Azərbaycan Qran-prisi ilə Sinqapur Qran-prisi arasındakı boşluğu doldura bilər.
Hazırda “Formula-1”də mövsümün doqquzuncu mərhələsi “Silverstoun” trasında keçirilən Böyük Britaniya Qran-prisi çərçivəsində davam edir.
