“Aston Martin” “Formula-1” komandası komanda rəhbəri britaniyalı Edrian Nyuinin xəstə olması ilə bağlı şayiələri təkzib edib.
İdman.Biz-in məlumatına görə, “Daily Mail” əvvəllər Nyuinin xəstəxanaya yerləşdirilməsini tələb edən bir xəstəlik keçirdiyini bildirmişdi. Qeyd olunmuşdu ki, britaniyalı mütəxəssis hazırda evdən işləyir.
“Aston Martin” açıqlamasında bildirib ki, “komanda üzvlərimizdən heç birinin şəxsi işləri ilə bağlı şərh vermirik. Edrian işləyir və ötən həftə ofisdə olub”.
Bundan əvvəl “Haas” komandasının keçmiş rəhbəri Günter Ştayner Nyuinin “Aston Martin”dəki işini tənqid etmişdi.
