Alonso: “Hansısa yarışda beşinci yeri tutsam, həmin gün karyeramı bitirəcəm”

5 May 2026 00:39
142
Alonso: “Hansısa yarışda beşinci yeri tutsam, həmin gün karyeramı bitirəcəm”

İkiqat “Formula-1” çempionu Fernando Alonso karyerasını bitirmək barədə zarafat edib.

İdman.Biz bu barədə Marca-ya istinadən bildirir.

O bildirib ki, əgər hər hansı bir yarışda beşinci yeri tutsa, həmin gün karyerasını bitirəcək.

Builki, Fernandonun “Formula-1”dəki 23-cü mövsümüdür. O, “Formula-1”də debütünü 2001-ci ildə “Minardi”də edib. O, 2002-ci il mövsümünü buraxıb və 2003-cü ildən 2006-cı ilə qədər “Renault”da çalışıb və hər iki titulunu qazanıb. O, həmçinin “McLaren”, “Ferrari”, “Alpine” və “Aston Martin”də də maşın sürüb.

İdman.Biz