Dünya şöhrətli müğənni Keti Perri “Formula-1” üzrə Azərbaycan Qran-prisində səhnə alacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisinin 10 illik yubileyinə təsadüf edən 2026-cı il yarış həftəsonu bu dəfə öncəki illərdən daha möhtəşəm və fərqli təşkil olunacaq. Yubiley proqramının əsas hadisələrindən biri dünya şöhrətli ifaçı Keti Perrinin Bakıda səhnə alması olacaq. O, sentyabrın 25-də keçiriləcək xüsusi gecədə “Formula-1” azarkeşinə unudulmaz şou təqdim edəcək.
Daha əvvəl məlumat verildiyi kimi, yarış həftəsonunun konsert proqramında dünya şöhrətli DJ və prodüser Kelvin Harris də çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
