Məhəmməd bin Sülayem “Formula-1”də iki komandanın bir sahibi olmasına qarşı çıxıb

5 May 2026 07:15
308
Məhəmməd bin Sülayem “Formula-1”də iki komandanın bir sahibi olmasına qarşı çıxıb

FIA prezidenti Məhəmməd bin Sülayem avtoidmanın idarəetmə orqanının “Formula-1”də iki komandaya sahib olmağa məhdudiyyətlər tətbiq etməyi düşündüyünü təsdiqləyib.

“İki komandanın eyni sahibinin olduğu bir vəziyyətin səhv olduğunu düşünürəm. Bu, mənim şəxsi fikrimdir, amma biz bu məsələni araşdırırıq, çünki bu, mürəkkəb bir mövzudur”, - deyə bin Süleyem F1oversteer-ə bildirib.

FIA qaydaları hazırda hər bir komandanın ayrıca hüquqi şəxs kimi fəaliyyət göstərməsini nəzərdə tutur, lakin hazırkı düzəliş daha sərt qaydalara gətirib çıxara bilər.

İdman.Biz