Mayami Qran-prisinin start vaxtı dəyişdirilib

3 May 2026 10:15
283
Mayami Qran-prisinin start vaxtı dəyişdirilib

Mayami Qran-prisinin təşkilatçıları “Formula-1” yarışının start vaxtının dəyişdirildiyini rəsmən elan ediblər. FIA, FOM və mərhələnin promouterləri arasında keçirilən iclasdan sonra belə bir qərar qəbul olunub.

İdman.Biz xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti, günün ikinci yarısında Mayamidə güclü leysan yağışlarının gözlənilməsidir. Yarışın startı yerli vaxtla saat 13:00-a, yəni Bakı vaxtı ilə saat 21:00-a keçirilib.

Bildirilib ki, bu addım hava şəraitinin təsirini minimuma endirmək, həmçinin pilotların, komandaların, əməkdaşların və azarkeşlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Dəyişiklik “Formula-2” yarışına da şamil olunub və o da nəzərdə tutulandan daha tez başlayacaq.

İdman.Biz