Ferstappen: “Formula-1”də dərin problemlər var"

17 Aprel 2026 12:07
139
Ferstappen: “Formula-1”də dərin problemlər var"

Dördqat dünya çempionu Maks Ferstappen “Formula-1”in texniki reqlamenti ilə bağlı narazılığını bildirib.

İdman.Biz xəbər verir ki, “Red Bull Racing” komandasının pilotu hazırkı qaydalarda əsaslı problemlərin olduğunu düşünür.

“Formula-1 və FİA rəhbərliyi ilə dialoqun olması artıq irəliləyişdir. Qaydaları müəyyən qədər dəyişmək mümkündür. Amma problem daha dərindir – sistemin özündə nəsə düzgün deyil. Bunu hamı açıq deməsə də, reallıq budur.

Mən bunun dəyişməsi üçün çalışıram. Hətta bir neçə ildən sonra karyeramı başa vursam belə, istəyirəm ki, bu idman növü layiqli səviyyədə qalsın. Ona görə də dəyişikliklər vacibdir.

İdeal variantdan danışsaq, mən V10 və ya V8 mühərriklərinin geri qayıtmasını istərdim”, – deyə Ferstappen bildirib.

İdman.Biz