Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyada keçirilən “TAG Livre Portuguese Trophy” kartinq turnirinin qalibi olub.
İdman.Biz xəbər verir ki, o, “KIRO - Karting International West Region” trekində təşkil olunan yarışda bütün rəqiblərini qabaqlayıb.
Turnirdə Portuqaliya, İtaliya, Cənubi Afrika, Anqola və Böyük Britaniyadan olan pilotlar mübarizə aparıblar.
Qeyd edək ki, “Formula-1”ə yüksəlməyi hədəfləyən Davin Cəfərovun cari ildə “Formula-4”də rəsmi debütü ilə bağlı qeyri-müəyyənlik davam edir.
