İkiqat “Formula-1” çempionu və “Aston Martin” pilotu Fernando Alonso Yaponiya Qran-prisində təsnifatdan sonra yeni qaydaları tənqid edib.
İdman.Biz bildirir ki, ispaniyalı pilot yarışı 21-ci yerdə başa vurub.
“Komandamızın yarısı burada bu maşının sükanı arxasına keçə və onu idarə edə bilərdi.
Yüksək sürətli döngələr yanacaqdoldurma məntəqələrinə çevrilib. Batareyanı doldurmaq üçün onları yavaş-yavaş aparırsınız və sonra düz yolda tam gücdən istifadə edirsiniz. Bu halda sürücü bacarığı artıq əhəmiyyət kəsb etmir”, - deyə “Motorsport-Magazine” Alonsonun sözlərini sitat gətirib.
Ənənəvi olaraq yarış pilotları üçün ən tələbkar traslardan biri hesab edilən Suzuka trasından danışan Fernando əlavə edib: “Onun unikallığı sadəcə yoxa çıxıb”.
