“Formula-1”də fövqəladə vəziyyət: Avstraliya Qran-prisi öncəsi qadağalar ləğv edildi

4 Mart 2026 15:33
109
“Formula-1”də fövqəladə vəziyyət: Avstraliya Qran-prisi öncəsi qadağalar ləğv edildi

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Avstraliyanın Melburn şəhərində keçiriləcək “Formula-1” üzrə Avstraliya Qran-prisinin açılış mərhələsi öncəsi çərşənbə və cümə axşamı günləri tətbiq olunması nəzərdə tutulan komendant saatı qaydalarını ləğv edib.

İdman.Biz "RaceFans" nəşrinə istinadla xəbər verir ki, yarış direktoru Ruy Markeş uçuşlardakı fasilələr və yüklərin çatdırılmasında yaranan gecikmələrə görə bu qərarın verildiyini bildirib. Xüsusilə "Ferrari" və "Reysinq Bulls" komandaları Yaxın Şərqdəki gərginliyin artması səbəbindən ciddi logistik problemlərlə üzləşiblər.

Rəsmi bildirişdə qeyd olunur ki, fövqəladə hallar və hazırlıq prosesindəki fasilələr səbəbindən müvafiq qaydalar bu yarışda tətbiq edilməyəcək.

Qeyd edək ki, komendant saatı adətən 60 nəfərlik əməliyyat və 16 nəfərlik təlim personalının iş saatlarını məhdudlaşdırmaqla xərclərə nəzarət etmək üçün tətbiq olunur. Şənbə günü ikinci və üçüncü məşqlər arasındakı komendant saatı isə hələlik qüvvədə saxlanılıb.

İdman.Biz