Qida şirkətlərindən biri, çempionatla tərəfdaşlığını və məhdud sayda şokoladlı avtomobilin buraxılışını qeyd etmək üçün Böyük Britaniyada “Formula-1” avtomobilinin tam ölçülü şokolad variantını təqdim edib.
Təqdimat mərasimi Britaniya avtoidmanının vətəni olan “Silverstoun”da baş tutub. Altı metr hündürlüyündə şokolad avtomobili keçmiş yarış sürücüsü və hazırkı şərhçi Billi Monger qutusundan çıxarıb.
Şokoladlı avtomobilin uzunluğu 5 metr, eni 2 metr, çəkisi isə 350 kq-dır. Onun şokolad ustası Cen Lindsey-Klarkın nəzarəti altında yaradılması 1254 saat çəkib.
“Silverstoun”da bir çox inanılmaz avtomobil görmüşəm, amma heç vaxt bu qədər unikal olmayıb. Yarışlarda bizə həmişə diqqətimizi cəmləmək deyilir, amma hətta ən yaxşı sürücülər də bilirlər ki, lazımi fasilə olmadan yarışmaq mümkün deyil. Buna görə də insanlara fasilə verməyi və yeni çətinliklərə hazırlaşmağı xatırlatmaq üçün bu nəhəng şokoladlı avtomobili Britaniya yarışlarının evinə gətirməkdən məmnunam”, - Monger deyib.
