Yaxın Şərqdəki münaqişə səbəbindən “Formula-1” mövsümü 22 yarışa qədər qısaldıla bilər

3 Mart 2026 21:23
116
Yaxın Şərqdəki münaqişə səbəbindən “Formula-1” mövsümü 22 yarışa qədər qısaldıla bilər

Bölgədə artan münaqişə səbəbindən aprel ayına planlaşdırılan Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri ləğv olunmaq təhlükəsi ilə üzləşib.

İdman.Biz-in The Telegraph-a istinadən məlumatına görə, Avropa trasları və İstanbul əvəzedici kimi nəzərdən keçirilir, lakin mövsüm sadəcə qısaldıla bilər.

“Formula-1” və FIA rəsmi olaraq yarışların hələ altı həftə qaldığını və "onların təsirlənəcəyini gözləmədiklərini" bildirirlər. Lakin, bir mənbəyə görə, qərar 29 martdan gec olmayaraq – “Yaponiya Qran-pri”sindən sonra, yük daşınmalarının tələb olunacağı tarixdən əvvəl verilməlidir.

Portimao (Portuqaliya), İmola (İtaliya) və İstanbul (Türkiyə) trasları mümkün əvəzedici kimi nəzərdən keçirilir. “F1 Insider”, Türkiyə trassına alternativ olaraq Fransanın Le Kastellet şəhərindəki “Paul Rikar” trassını təklif edir. Lakin, başqa bir seçim, COVID-19 pandemiyasından fərqli olaraq, yarışların sayı ilə bağlı ciddi müqavilə öhdəlikləri olmadığı üçün təqvimi sadəcə 22 yarışa endirməkdir.

İdman.Biz