Lyuis Hemilton sosial mediada pərəstişkarlarına müraciət edib

Xəbərlər
10 Yanvar 2026 03:37
41
Lyuis Hemilton sosial mediada pərəstişkarlarına müraciət edib

“Formula-1” üzrə yeddiqat dünya çempionu, “Ferrari”nin britaniyalı pilotu Lyuis Hemilton sosial mediada azarkeşlərinə müraciət edib.

İdman.Biz-in məlumatına görə, Hemilton azarkeşlərinə həmişə onların yanında olacağına söz verib.

“Sizə yaraşmayan şeylərdən əl çəkin. Bu, vaxt apara bilər və bəzi şeylərdən dərhal qurtulmaq asan olmayacaq, amma hər şey ilk addımdan başlayır.

Dünya xaos kimi görünsə də, ümid edirəm ki, həyatınızı tam şəkildə yaşamağa diqqət yetirəcəksiniz.

Özünüz olun və kim olduğunuzu heç vaxt unutmayın. Dəstəyiniz mənim üçün dünya deməkdir və mən həmişə sizin yanınızdayam.

Heç vaxt tək qalmayacaqsınız”, - Lyuis Hemilton sosial mediada yazıb.

Keçən mövsüm Lyuisin İtaliya komandası ilə ilk mövsümü idi.

İdman.Biz