Maks Ferstappen Qətər Qran-prisindən gözləntilərini açıqlayıb

Xəbərlər
26 Noyabr 2025 23:35
25
Maks Ferstappen Qətər Qran-prisindən gözləntilərini açıqlayıb

Dördqat və hazırkı dünya çempionu, “Red Bull” pilotu Maks Ferstappen qarşıdan gələn Qətər Qran-prisi haqqında danışıb.

İdman.Biz bildirir ki, Qətər Qran-Prisi bu həftə sonu olacaq.

“Las-Veqas turundan sonra xal fərqimiz azalıb, lakin Qətər Qran Prisinə hazırlıq üçün eyni yanaşmanı davam etdiririk. Hər yarışa fərdi yanaşacağıq. Hər həftəsonu məqsədimiz mümkün qədər çox xal toplamaqdır. Maşından maksimum dərəcədə faydalanmağa çalışırıq və Qətərdə məhz buna nail olmağı hədəfləyirik. Həftəsonu daha çox xal toplamaq şansı verən sprint yarışı da daxildir, ona görə də dəqiq olmalıyıq.

Qətər çətin bir trasdır və isti hava təkərlərin idarə olunmasına rasional yanaşmanın vacib olduğunu göstərir. Hər şeyi düzgün etdiyimizdən əmin olmalıyıq. Həmçinin iki məcburi pit-stopla qarşılaşırıq. İmpulsu qorumağa çalışacağıq; komanda mümkün olan ən yaxşı nəticəni əldə etmək üçün əlindən gələni etmək istəyir”, - deyə Ferstappen komandanın mətbuat xidmətinə bildirib.

İdman.Biz