Lyuis Hemilton: “Növbəti mövsümü gözləmirəm”

Xəbərlər
26 Noyabr 2025 04:09
21
Lyuis Hemilton: “Növbəti mövsümü gözləmirəm”

Yeddiqat dünya çempionu, britaniyalı “Ferrari” pilotu Luis Hemilton İtaliya komandası ilə məyusedici çıxışı fonunda növbəti “Formula-1” mövsümü ilə bağlı qarışıq hisslər ifadə edib.

İdman.Biz bildirir ki, Lyuis “Mercedes”lə altı çempionluq titulunu qazandıqdan sonra 2025-ci ildə “Ferrari”yə qoşulub.

“Bu, dəhşətli nəticədir. Bu gündən müsbət nəticə çıxarmaq mümkün deyil. Sonu səbirsizliklə gözləyirəm. Bunun bitməsini səbirsizliklə gözləyirəm... Növbəti mövsümü isə gözləmirəm”, - BBC Luis Hamiltonun sözlərini sitat gətirib.

Bu mövsüm Hemilton yalnız bir sprint qələbəsi var və hələ də böyük bir yarışda podiuma çıxa bilməyib.

İdman.Biz