Yeni “LEGO Icons 11375 Ferrari & Michael Schumacher” dəsti hazırlanıb.
İdman.Biz xəbər verir ki, LEGO şirkəti məşhur “Ferrari” F2004 Formula-1 bolidi ilə Mixael Şumaxer fiqurunu özündə birləşdirən yeni “LEGO Icons 11375 Ferrari & Michael Schumacher” dəstini hazırlayıb. Bu məhsul 1 mart 2026-cı il tarixində satışa çıxarılacaq.
Yeni model əsasən yetkin kolleksiyaçılar üçün nəzərdə tutulub və 735 hissədən ibarət olacaq. Dəst satın alanlara məşhur yarışçının fiquru da daxil olmaqla gələcək və qiyməti 90 ABŞ dolları (150 AZN) təşkil edəcək.
Bu dəst “Formula 1” avtomobillərinə həsr olunmuş “LEGO Icons” seriyasını davam etdirir. Daha əvvəl “McLaren F1 MP4/4 & Ayrton Senna (2024)” və “Williams Racing FW14B & Nigel Mansell (2025)” modelləri təqdim olunmuşdu.
Hazırda dəstin hansı “Ferrari” bolidini təsvir edəcəyi (F1-2000, F2002 və ya F2004) rəsmi şəkildə açıqlanmayıb, lakin Brick Built Blogs hesabında yayılan məlumatda bu dəstin “Ferrari” F2004 modelini əks etdirəcəyi bildirilir.
Məhsul məşhur qırmızı rəngdə hazırlanacaq və tənzimlənə bilən altlıq və informasiya lövhəsi ilə təchiz olunacaq.
