Oskar Piastri “Formula-1”in yarış qaydalarının dəyişdirilməsini istəyir

Xəbərlər
26 Noyabr 2025 12:27
19
Oskar Piastri “Formula-1”in yarış qaydalarının dəyişdirilməsini istəyir

“Maklaren”in pilotu Oskar Piastri “Formula-1”in yarış qaydalarının yenidən nəzərdən keçirilməsinə çağırış edib.

İdman.Biz xəbər verir ki, 24 yaşlı peşəkar pilot bu barədə “Racing News 365”a açıqlamasında söyləyib.

Avstraliyalı sürücü qərarların ardıcıllığının pozulduğunu və qaydalardan sui-istifadə hallarının artdığını deyib.

Qeyd edək ki, Las-Veqasdakı yarışın ilk döngəsində Liam Lavson Piastri ilə toqquşub, amma cəza almayıb.

“Bunu başa düşməyə cəhd belə etməyəcəyəm. Qaydaların yenilənməsinə ehtiyac var. Çünki bəzi pilotlar onları öz xeyrinə istifadə edir. Yarışlarda görmək istəmədiyimiz hallar yaşanır”, - deyə “Maklaren”in pilotu vurğulayıb.

İdman.Biz

Məqalədə: