Braziliya Qran-prisi: Sprint yarışında Norris birinci olub

Xəbərlər
8 Noyabr 2025 20:21
40
Braziliya Qran-prisi: Sprint yarışında Norris birinci olub

“McLaren” pilotu Lando Norris Braziliya Qran-prisinin sprint yarışında qalib gəlib.

İdman.Biz bildirir ki, “Mercedes”in italiyalı pilotu Andrea Kimi Antonelli ikinci, komanda yoldaşı Corc Rassel isə üçüncü yeri tutub.

Dördqat və hazırkı dünya çempionu “Red Bull” pilotu Maks Ferstappen dördüncü, yeddiqat dünya çempionu “Ferrari” sürücüsü Luis Hamilton isə yeddinci yeri tutub.

Formula-1. Braziliya Qran-prisi. Sprint:

1. Lando Norris (“McLaren”) – 24 dövrə.
2. Andrea Kimi Antonelli (“Mercedes”) +0,845
3. Corc Rassel (“Mercedes”) +2,318
4. Maks Ferstappen (“Red Bull”) +4,423
5. Şarl Lekler (“Ferrari”) +16,483
6. Fernando Alonso (“Aston Martin”) +18.306
7. Lyuis Hemilton (“Ferrari”) +18,603
8. Pyer Qasli (“Alpine”) +19.366
9. Lans Stroll (“Aston Martin”) +23.933
10. İsak Hacar (“Racing Bulls”) +29.548
11. Esteban Okon (“Haas”) +31.000
12. Oliver Berman (“Haas”) +31.334
13. Liam Louson (“Racing Bulls”) +38.090
14. Yuki Tsunoda (“Red Bull”) +38,462
15. Karlos Sayns (“Williams”) +38.951
16. Niko Hülkenberq (“Kick-Sauber”) +42.349
17. Aleks Albon (“Williams”) +55,456
18. Qabriel Bortoleto (“Kick-Sauber”) +1 dövrə
19. Oskar Piastri (“McLaren”) – yarışdan çıxıb.
20. Franko Kolapinto (“Alpine”) – yarışdan çıxıb.

İdman.Biz