FIA “Formula-1” pilotlarına isti hava barədə xəbərdarlıq edib

Xəbərlər
16 Oktyabr 2025 18:34
37
FIA “Formula-1” pilotlarına isti hava barədə xəbərdarlıq edib

Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula-1” Birləşmiş Ştatlar Qran-prisində həddindən artıq yüksək temperaturla bağlı sürücülərə və komandalara xəbərdarlıq edib.

İdman.Biz bildirir ki, yarış oktyabrın 17-dən 19-dək Ostində keçiriləcək.

“İdman reqlamentinin 26.19-cu maddəsinə uyğun olaraq, rəsmi Meteorologiya xidmətindən sprint və ya yarışın istənilən nöqtəsində temperatur göstəricisinin 31°C-dən çox olacağına dair proqnoz alındıqdan sonra bu tədbirdə istilik xəbərdarlığı elan edilir”, - deyə məlumatda bildirilir.

Reqlamentə əsasən, belə bir xəbərdarlıq verildikdən sonra sürücülərə və komandalara seçim imkanı verilir: xüsusi soyuducu jilet geyinmək, ya da jiletdən imtina etsələr, 0,5 kq-lıq ballast quraşdırmaq.

Jilet ideyası bir çox sürücülərin tibbi yardıma müraciət etməsinə səbəb olan 2023-cü il Sinqapur yarışından sonra vüsət alıb.

İdman.Biz

Məqalədə: