ABŞ Qran-prisində “Formula-1” və “Apple” arasında razılaşma elan edilə bilər.
İdman.Biz bildirir ki, “Apple” Ostində keçiriləcək qarşıdakı raundda “Formula-1”in ABŞ-da yayımlanması hüququnu əldə etdiyini təsdiqləyəcək. Paket təxminən 140 milyon dollar dəyərində qiymətləndirilir - bu, hazırkı yayımçı “ESPN”in ödədiyindən xeyli çoxdur.
Bununla belə, “Formula-1”in öz xidməti olan “F1 TV” ilə bağlı tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Onun “Apple”ın yayımlarından sonrakı taleyi hələ də qeyri-müəyyən olaraq qalır.
“Formula-1” ABŞ Qran-prisi oktyabrın 19-da keçiriləcək.