Xəbər verildiyi kimi, “Neftçi” Kamerun millisinin kapitanı və hücumçusu Vensan Abubakara rəsmi təklif göndərib.
İdman.biz “Actu Cameroun”a istinadən bildirir ki, "Neftçi"nin kamerunluya etdiyi təklifin bəzi detalları bəlli olub.
Belə ki, "Neftçi"nin Abubakara 1 illik müqavilə və 500 min avro maaş təklif etdiyi bildirilir.
Hazırda Bakı klubu 33 yaşlı forvardla bu şərtləri müzakirə edir.
Abubakar bu mövsüm hələ klub səviyyəsində rəsmi matça çıxmayıb.
Kamerunlu vaxtilə "Beşiktaş" klubunun şərəfini qoruyub. Abubakarın son klubu isə "Hatayspor" olub. O, bu ilin mayında Türkiyə təmsilçisindən ayrılıb.
