3 oyunluq diskvalifikasiya, 900 manatlıq cərimə - AFFA-nın MOİK-lə bağlı QƏRARI

Xəbərlər
22 Sentyabr 2025 14:05
39
3 oyunluq diskvalifikasiya, 900 manatlıq cərimə - AFFA-nın MOİK-lə bağlı QƏRARI

AFFA İntizam Komitəsi MOİK klubunun futbolçusu Samir Məhərrəmlini 3 oyunluq cəzalandırıb.

İdman.biz xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Məhərrəmli I Liqanın II turunda keçirilən “Şimal” - MOİK oyununda (90+4-cü dəqiqə) təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Qeyd edək ki, bundan əlavə klub 900 manat məbləğində cərimələnib.

İdman.biz