Bu gün Misli Premyer Liqasında V turun növbəti oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, günün ilk matçı Qəbələdə start götürəcək.
"Qəbələ" doğma meydanında "Kəpəz"lə qarşılaşcaq.
Günün ikinci matçı "Sabah" və "Turan Tovuz" arasında baş tutacaq.
Misli Premyer Liqası, V tur
20 sentyabr (şənbə)
17:00. “Qəbələ” – “Kəpəz”
Baş hakim: Kamal Umudlu
Qəbələ şəhər stadionu
19:30. “Sabah” – “Turan Tovuz”
Baş hakim: Rəvan Həmzəzadə
“Bank Respublika Arena”
Qeyd edək ki, V turun ilk oyun günündə "İmişli" səfərdə "Karvan-Yevlax"ı 3:0, "Zirə" evdə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.
İdman.biz