“Sürix”dən ayrılan futbolçu “Neftçi”yə gələ bilər

Xəbərlər
19 Sentyabr 2025 11:56
58
“Sürix”dən ayrılan futbolçu “Neftçi”yə gələ bilər

Yay transfer dönəminin ən fəal klublarından olan “Neftçi”, transfer pəncərəsinin bağlanmasına baxmayaraq, heyətini gücləndirməyə davam edir.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, azad agent statusu daşıyan oyunçuları araşdıran məşqçilər korpusu daha bir futbolçu ilə bağlı müsbət rəy verib.

Bu, Nigeriyanın U-20 yığmasının sabiq yarımmüdafiəçisi İfeanyi Metyudur.

Son olaraq İsveçrədə “Sürix”in formasını geyinmiş 28 yaşlı orta sahə oyunçusu yayda bu komandadan ayrılıb. Norveçdə “Lilleström”, Türkiyədə “Osmanlıspor”un formasını geyinmiş Metyunun “Neftçi” də daxil olmaqla bir neçə variantı var. Lakin onun Azərbaycan klubuna keçmək ehtimalı daha yüksək qiymətləndirilir. Hazırda tərəflər arasında danışıq aparılır.

Qeyd edək ki, 2016-cı ildə Nigeriyadan Avropaya köçən İfeanyi Metyu həmin vaxtdan bəri qitənin bir neçə klubunda oynayıb.

İdman.biz