“Turan Tovuz”da yeni transfer reallaşıb.
İdman.biz xəbər verir ki, komanda son olaraq Sloveniya təmsilçisi “Olimpiya”nın şərəfini qorumuş portuqaliyalı futbolçu Xorxe Silvanı heyətinə qatıb.
Onunla 2 illik müqavilə imzalanıb.
Vətənində “Sportinq” B, “Leyşoeş” və “Pasoş Fereyra” klublarının formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının oyunçusu olub.
Qeyd edək ki, Xorxe Silva son mövsümdə “Olimpiya”nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb.
İdman.biz